- Tribuna
- 4 Noyabr 2019 11:01
- 34 354
Nazir yeni rəis təyin etdi
Bu barədə DİN-dən məlumat verilib
Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Mirəziz Mirqasım oğlu Mirəliyev Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi təyin olunub.
Bu barədə DİN-dən məlumat verilib.
Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, "102" Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir. (Unikal.org)