DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib
  • Tribuna
  • 15 Noyabr 2019 10:52
  •  3 837

Vilayət Eyvazovdan Baş İdarəyə yeni rəis təyinatı

DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

AzNews.az