İclasa qatılmırsa, bu da sağlamlığına görə olur İclasa qatılmırsa, bu da sağlamlığına görə olur
  • Tribuna
  • 15 Noyabr 2019 12:47
  •  4 582

Zeynəb Xanlarova Milli Məclisə niyə gəlmir? - Rəsmi açıqlama

İclasa qatılmırsa, bu da sağlamlığına görə olur

"Son illərdə parlamentin iclaslarına davamlı olaraq qatılmayan deputat yoxdur. Hər bir deputat iclaslara qatılır”.

Bunu Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deyib.

Komissiya sədri bildirib ki, Milli Məclisin deputatları parlamentin iclaslarına davamlı gəlməsələr, bununla bağlı İntizam Komissiyası ölçü götürər:

"Elə deputatlarımız var ki, beynəlxalq təşkilatların üzvləridirlər. Məsələn, məni götürək. Beynəlxalq Olimpiya Komitəsinin üzvüyəm. Hazırda komitənin iclası keçirilir və mən də iclaslara qatılmaq üçün Yunanıstanın Olimpiya şəhərindəyəm. Bu iclas 4 ildən bir keçirilir. Deputatların bir çoxu üzrlü səbəblərə görə parlamentin iclasılarına qatıla bilmirlər. Yoxsa hansısa deputatın evdə oturub iclaslara qatılmaması deyilən bir şey yoxdur”.

Ağacan Abıyev Xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın parlamentin komitə və plenar iclaslarına qatılmamasına da aydınlıq gətirib:

"Zeynəb Xanlarova plenar iclaslara qatılır. Hansısa iclasa qatılmırsa, bu da sağlamlığına görə olur. Təbii ki, sağlamlıq məsələlərində kiməsə töhmət verilmir. Bu məsələlər qanunla tənzimlənir”.

Qeyd edək ki, Zeynəb Xanlarova parlamentin dünən keçirilən plenar iclasına da qatılmayıb. (Modern.az)

AzNews.az