Eləsi var ki, toyuq oğrusudur, həbs edilib, onu siyasi məhbus ediblər Eləsi var ki, toyuq oğrusudur, həbs edilib, onu siyasi məhbus ediblər
  • Tribuna
  • 15 Noyabr 2019 15:24
  •  4 827

Bu bizneslə Əli Kərimli və Arif Hacılı məşğul olublar - Siyavuş Novruzov

Eləsi var ki, toyuq oğrusudur, həbs edilib, onu siyasi məhbus ediblər

“Ümumiyyətlə, mütəmadi olaraq deyirdik ki, bu adamların Azərbaycanda ictimai-siyasi fəaliyyəti yoxdur, onlara qarşı hər hansı ayrı-seçkilik olmayıb. O adamlar məsuliyyətə cəlb olunur ki, qanunu pozurlar. Bəziləri ermən adı altında sığınacaq alır, bəziləri isə iddia edirlər ki, guya Azərbaycanda siyasi baxışlarına və ya tənqidi yazılarına əsasən sıxışdırılıblar. Sadəcə, bu məsələ biznesə çevrilib".

Bu fikirləri musavat.com-a YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov Almaniya polisinin keçirdiyi əməliyyatda saxlanılan və mühacir alverində şübhəli bilinən azərbaycanlılarla bağlı danışarkən bildirib.

Deputat qeyd edib ki, AXCP sədri Əli Kərimli və ətrafında olanların saxta arayışlar satdığını əvvəldən demişdik: "Bu işlə bağlı bəzi səfirliklərin əməkdaşları ilə əlaqəyə də giriblər. Bütün bunlar sübut olundu ki, Avropaya göndərilən həmin insanların heç biri Azərbaycanda tanınmır, yəni siyasi fəaliyyətləri olmayıb”.

S.Novruzovun sözlərinə görə, bu şəxslər nə siyasətçi, nə də jurnalistdirlər: “Sıxışdırılan olsaydı, elə Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı sıxışdırılardı. Ora gedən həmin adamlar qarayaxma kampaniyası aparır, erməni lobbisinin təsiri altında olanlar Azərbaycana söyüşlər yağdırırlar. Müəyyən təşkilatlar onları təsir altına salır. Bu da millətin adına ləkədir. Onlar indiyə qədər bir dəfə Avropada erməni səfirliyi qabağında piket keçirməyiblər. Arif Hacılı açıqlama verib ki, deport edilənlərin ailəsi, uşağı var. Bəs dövləti, vətəni zərbə altında qoymaq olar, ancaq deport ediləndə əziyyət olur? Bu adamlar dövlət rəhbərliyini, deputatları, müxtəlif sahələrdə fəaliyyət göstərən insanları təhqir edirlər, ailələrini söyürlər. Ona görə də qanunvericiliyə uyğun olaraq tədbir görülməlidir. Bütün işlərin üstü açılacaq, kimlərə saxta arayışlar verildiyi məlum olacaq. Eləsi var ki, toyuq oğrusudur, həbs edilib, onu siyasi məhbus ediblər. Bu bizneslə Əli Kərimli və Arif Hacılı, onların ətrafındakılar məşğul olublar”. (Musavat.com)

AzNews.az