Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir
  • Tribuna
  • 6 Dekabr 2019 11:52
  •  6 352

YAP Azərbaycan parlamentində çoxluğu qoruyub saxlaya biləcək - Əli Əhmədov

Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir

"Növbədənkənar parlament seçkilərinin keçirilməsini səbirsizliklə gözləyirik. Yeni Azərbaycan Partiyası olaraq parlament seçkilərində yaxından iştirak edəcəyik, namizədlərimizi irəli sürəcəyik".

Bunu Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin reytinqinin kifayət qədər yüksək olması ümid verir ki, qarşıdan gələn parlament seçkilərində YAP-ın irəli sürdüyü namizədlər Azərbaycan seçicilərinin böyük əksəriyyətinin rəğbətini və səsini qazanacaq:

"Beləliklə də, YAP Azərbaycan parlamentində çoxluğu qoruyub saxlaya biləcək. Mən belə hesab edirəm ki, Azərbaycanın bütün vətəndaşları parlamentin vaxtından əvvəl buraxılması ilə əlaqədar YAP-ın təşəbbüsünü müsbət qiymətləndirir. Bununla Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar strategiyasına hakimiyyətin digər bir qolunun da - parlamentin də qoşulmasının şahidi oluruq. Parlamentin islahatlar sferasına cəlb olunması islahatların daha böyük sürətlə və intensiv şəkildə həyata keçirilməsini təmin edəcək". (APA)

AzNews.az