- Qərb
- 16:16
- 1 428
Litva müdafiə naziri: ABŞ qoşunlarının Avropadakı rotasiyası müvəqqəti olaraq dayandırılıb
Litvanın müdafiə naziri Robertas Kaunas bildirib ki, ABŞ hərbi qulluqçularının Avropadakı rotasiyası müvəqqəti olaraq dayandırılıb.
O, LRT radiosuna bildirib ki, "ABŞ-nin Avropadakı imkanlarını necə bölüşdürəcəyini qiymətləndirmək üçün rotasiya dayandırılıb" .
Litva Müdafiə Nazirliyinin rəhbəri qeyd edib ki, hazırda onun və həmkarlarının sahib olduğu bütün məlumatlar bundan ibarətdir. O, ölkəsinin Baltikyanı ölkələr və Polşa Respublikası kimi Şimali Atlantika Alyansı və ABŞ-nin nümunəvi müttəfiqləri olduğunu vurğulayıb.
O, əlavə etdi ki, bu mövqe dəyişməz olaraq qalır.
Mövsüm,
AzNews.az