2020-ci il 10 noyabrda Azərbaycanın qələbəsi regionda söz sahibini birdəfəlik müəyyən etdi 2020-ci il 10 noyabrda Azərbaycanın qələbəsi regionda söz sahibini birdəfəlik müəyyən etdi
  • Tribuna
  • 25 Avqust 2022 09:55
  •  6 839

"Biz sökə-sökə milli maraqlara söykənən istəklərimizə hökmən nail oluruq, olacağıq da"

2020-ci il 10 noyabrda Azərbaycanın qələbəsi regionda söz sahibini birdəfəlik müəyyən etdi

Hazırda regionda bütün hərbi əhəmiyyət daşıyan yüksəkliklər, strateji mövqelər, iqtisadi imkanlar tam Azərbaycanın nəzarətindədir, bölgədə yüksək səviyyədə hazırlanmış və təhciz olunmuş 100 minlik ordumuz var, bütün iqtisadi imkanlar bizdən asılıdır. Bütün bu amillər milli maraqlarımızı təmin etmək üçün həlledici amillərdir. Zatən, maraqlarımız da addım-addım təmin olunur.

Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiyanın sülhməramlı qüvvələri də ölkəmizin beynəlxalq hüquqa əsaslanan, yeni reallıqlara söykənən milli maraqlarına mane ola bilməzlər, bu onların heç missiyası da deyil, əminəm ki, onlar da bunu anlayırlar, bu missiyanı bəzən tam yerinə yetirməyəndə belə. Ərazilərmizin erməni terrorçularından təmizlənməsi bizim daxili işimizdir. Ona görə, son zamanlar, sülhməramlıların əsl görməli olduqları işlərə daha çox istiqamətlənmələri təqdirə layiq haldır, ümid edirik ki, onların belə fəalliyyəti regionda sülhün möhkəmlənməsinə, terrorçuların ərazilərimizdə qalmamasına yardım edəcək.

Amma bir məsələni daim bilmək lazımdır ki, regiondakı bütün qüvvələri beynəlxalq qanunlara uyğun fəaliyyət göstərməyə, bizim milli maraqlarımıza hörmətlə yanaşmağa məcbur edən yeganə qüvvə Azədbaycan Prezidenti cənab İlham Əliyev və onun komandanlıq etdiyi Azərbaycan ordusudur. Biz addım-addım, sökə-sökə milli maraqlara söykənən istəklərimizə hökmən nail oluruq və olacağıq da.

Tahir Mirkişili