Prioritet olaraq rifah və sosial ədalət prinsiplərinin İLHAM ƏLİYEV siyasətində aparıcı rolu

Prezdent seçildiyi ilk gündən verdiyi vədə sadiq olaraq 44 günlük Vətən müharibəsi dövründə torpaqlarımızın işğaldan azad olunmasına müvəffəq olan Müzəffər Ali Baş Komamandan İLHAM ƏLİYEV bu gün də böyük quruculuq işlərinə imza atmaqdadır.

2003-cü il oktyabrın 15-də Azərbaycanda keçirilmiş prezident seçkiləri xalqımızın demokratik seçiminin dönməzliyini və ölkədə demokratik islahatların davamlılığına sadiqliyini bir daha sübut etmiş və Azərbaycanda demokratik cəmiyyət quruculuğunda mühüm irəliləyiş olmuşdur.

İqtisadi transformasiyanın əsas istiqamətlərə, mülkiyyət münasibətlərinin yaranması bazar tipli rəqabət mühiti və sosial yönümlü siyasət olmaqla 2003-cü ildən yeni baxışlarla prezident İlham Əliyev tərəfindən təkmilləşməklə genişləndi. Azərbaycanın sosial-iqtisadi inkişafı bu illərdən sosial prioritetlər üzərində qurulub.

Dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin davamlı şəkildə artan iqtisadi imkanları əhalinin sosial rifahının təmin edilməsinə mühüm töhfələr verib. Artıq neçə illərdir ki, ölkədə sosial sahələrin dirçəldilməsi, bu sektorlara güclü investisiya axınının müşahidə olunması Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri kimi çıxış edir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir.

Sosial rifah səviyyəsinin davamlı artması məqsədi ilə dayanıqlı,inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi,azad edilmiş ərazilərə əhalini qayıdılmasının təmini Azrbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini əşkil edir. Dövlətin iqtisadiyyatda rolunun bazar yönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazalara yerli məhsulların çıxmasını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması sosial- iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir.

Bu məqsədlərin reallaşdırılması dayanıqlı makroiqtisadi sabitliyə xidmət edən effektiv makroiqtisadi siyasət çərçivəsinin formalaşdırılmasını, iqtisadi inkişafın orta və uzun müddətli “hərəkət verici qüvvələri”nin mıhkəmləndirilməsini, insan kapitalının müasirləşdirilməsini, rəqəmsal iqtisadiyyatın genişləndirilməsini və iqtisadi suverenliyin tam təmin olunmasını tələb edir.

Perspektivdə ölkənin sosial-iqtisadi inkişafına dair milli prioritetlər reallaşdırılmalıdır:

  • dayanıqlı artan rəqabət qabiliyyətli iqtisadiyyat;
  • dinamik,inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
  • rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
  • işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
  • təmiz ətraf mühit və “yaşıl iqtisadiyyat” ölkəsi.

Qeyd edilən Milli Prioritetlər, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının

“Dünyamızın transformasiyası: 2030-cu ilə qədər dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin sosial siyasəti sosial ədalət və sosial rifah prinsiplərinə əsaslanır. Prezident İlham Əliyevin sosial siyasət kursunun çox mühüm istiqamətlərindən biri aztəminatlı insanların sosial müdafiəsinin daim diqqət mərkəzində saxlanılmasıdır. Pensiyalar, müavinətlər, təqaüdlər və digər sosial ödənişlər ilbəil artırılır, ünvanlı sosial yardım və özünü məşğulluq proqramları daha çox ehtiyacı olan ailələri əhatə edir, sosial evlər tikilir, ipoteka kreditləri verilir, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər daha geniş şəkildə dövlətin qayğısı ilə əhatə olunurlar.

Son olaraq qeyd etmək olar ki, Bu illər ərzində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin, xüsusən də aztəminatlı təbəqənin sosial ödənişlərinin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunub.

Ölkə vətəndaşları da əmindirlər ki, mühüm sosial irəliləyişləri təmin edən Prezident İlham Əliyevin uğurlu sosial siyasəti qarşıdakı dövrdə də yeni-yeni nailiyyətlər qazandıracaq, insanların yaşayış səviyyəsini,rifah halını daha da yüksəldəcək.

Fəridə QURBANOVA

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC-in) “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosenti