• Tribuna
  • 30 Sentyabr 19:26
  •  5 972

"əlikərimli” SÖZÜNÜN LÜĞƏVİ TƏRKİBİ - MİRŞAHİN YAZIR

Əslində əlikərimlinin kimliyi, dəyər-dəyməzi, siyasi heçliyi barədə şəxsən mənim danışmağıma bəlkə də artıq ehtiyac yoxdur. Çünki bu mövzuya mənnən çox toxunan da yoxdur. Elə sentyabr ayının 29-unda, “Mir Şahinin vaxtı”- layihəmdə də əlikərimliyə-real qüvvəsi ilə siyasi hikkəsinə, imkanları ilə arzularına dəfələrlə uduzsa da hakimiyyətə iddia etməkdə olan bu ruhdan xəstəyə layiq olduğunnan artıq vaxt ayırmışam. Amma peşiman da deyiləm. Düşünürəm ki, lazımdır. Çünki siyasət şirması arxasında gizlənən bu adam mikroskopik ölçülü virus kimi havada mövcuddur, hələ də kimlərisə yoluxdura bilir. Xəbərdarlıq etmək, onnan qorunmaq yolları barədə danışmaq mütləq lazımdır. "The Economist”-də yayılmış “müsahibəsi” ilə bir neçə gündür ki, yatıb duran, öz vətəninə, öz dövlətinə-deməli həm də öz ailəsinə, öz qeyrətinə, namusuna və ismətinə necə xəynət etdiyini həyasızcasına göstərən bu şəxs-fikirlərindən istifadə etmiş kəslərdən sitat gətirməkdə, öz xəyanətini fövqəladə bir xidmət kimi təqdim eləməkdə, beləliklə yubkasının ətəyini Qərbli müştərilərinin ehtirası üçün maksimum qaldırmaqla daha harayadək açıq ola biləcəyini az qala bikini zonasının son həddinədək nümayiş etdirməkdədir. Bu “adam”, bu “azərbaycanlı”, pasportu qarışıq kimliyini də itirmiş bu anonim vətəndaşabənzərin bütün “məziyyətləri”ni yuvarlaqlaşdırsaq bir ad alınar: XAİN! əlikərimli vətəni nəinki sevməməyin, hətta ona nifrət etməyin, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, ümumiyyətlə azad edilmiş bütün ərazilərimizin qayıdışına dişi bağırsağı kəsərək baxan bütün qarı düşmənlərimizin sinonimidir. “Azadlıq!”sözünə libas kimi bürünmüş bu şəxs əslində bir proses olaraq bütün azadlıqlara, o cümlədən torpaqlarımızın azad edilməsinə nifrət edir. Onnan ötrü torpaqlarımızın işğaldan qurtulması azadlıq deyil, əlikərimlinin cinayət ortaqlarının, podelniklərinin azad olunması azadıqdır. Bu adamın “The Economist”-ə verdiyi müsahibə ingilis dilində və latın əlifbasında yayılsa da gerçək dili xəyanətdir! Əlifba latınca olsa da alt qatda kirill əlifbasıdır. Kirill. Həm də kirli!

MİRŞAHİN