- Tribuna
- 12:39
- 826
Yeni tarixin başlanğıcı

Prezident İlham Əliyevin ABŞ- Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya səfəri keçirilən görüşlər əldə edilən nəticələr tarixi əhəmiyyət kəsb edir. Bu eyni zamanda Azərbaycan və ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması niyyətininin liderlər səviyyəsində təsdiq hesab edilir. Sözsüz ki, dünyanın bir nömrəli gücü ABŞ-la strateji tərəfdaşlığa nail olmaq istənilən ölkənin marağındadır.
Azərbaycan-ABŞ liderlərinin görüşünün səmimi şəraitdə keçməsi dövlətimizin başçısının liderliyinə və Azərbaycana göstərilən böyük önəmin göstəricisidir: “Bu mənada Azərbaycanla ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması bununla bağlı yaradılan Strateji İşçi Qrupunun böyük əhəmiyyəti var. Həmin sənəddə təsbit edilən gələcək əməkdaşlıq istiqamətləri (qarşılıqlı sərmayə qoyuluşu, energetika, nəqliyyat, bağlantılar, tranzit, təhlükəsizlik, süni intellekt, müdafiə sənayesi və müdafiə sahələrində əməkdaşlıq) ölkəmizin qarşısında nə qədər böyük imkanlar açıldığını göstərir. Sözsüz ki, bunun Azərbaycan üçün çox müsbət təsirləri olacaq. İndi Bakı ilə Vaşinqton ABŞ-in sabiq prezidenti Cozef Bayden administrasiyası dövründən əvvəlki illərdə qazanılmış nailiyyətlər və potensial dondurulmuş vəziyyətə salındığı üçün Azərbaycan bu istiqamətdə vaxt itirmək istəmir. Ölkəmizin başçısının ABŞ-a səfəri çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirməsi də bu məqsədlərə xidmət edir. Sözsüz ki, uzun müddət davam edən “Azadlığa Dəstək Aktına dair ədalətsiz 907-ci” düzəlişin ləğv olunması və strateji əməkdaşlıq formatına başlanması tarixi hadisədir. Hər kəsə məlumdur ki, Prezident İlham Əliyevin və Prezident Donald Trampın münasibətləri həmişə yaxşı səviyyədə olub, Azərbaycan seçkilərdə onu dəstəkləyib. Bu növbəti illərdə ölkələrimiz arasında əlaqələrə də müsbət təsir edəcək”. “Azadlığa Dəstək Aktına ədalətsiz 907-ci” düzəlişin məhz Prezident İlham Əliyevin iştirakı ilə ləğv edilməsi son dərəcə tarixi və rəmzi xarakter daşıyır: “Sözsüz ki, hazırda donor ölkəyə çevrilən Azərbaycanın xarici dəstəyə, yardıma ehtiyacı yoxdur. Ona görə də Prezident Trampın bu qərarı rəmzi xarakter daşımaqla yanaşı, həm ədalətin bərpası, Azərbaycan üçün siyasi jestdir. Dövlətimizin başçısının da müsahibəsində qeyd etdiyi kimi İkinci Qarabağ müharibəsi başa çatanda Ermənistan-Azərbaycan gələcək əlaqələri və təmasları sahəsində vakuum yaranmışdı, Minsk qrupu da iflic və lazımsız bir quruma çevrilmişdi. Çünki Azərbaycan bütün məsələləri beynəlxalq hüquq çərçivəsində özü həll etmişdi. Bu mənada Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin təşəbbüskarı Azərbaycan olub. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin bütün maddələrinin razılaşdırılması Cənubi Qafqaz üçün önəmli amildir. Cənab Prezident bunun müqabilində müsahibəsində həmçinin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası məsələsi Vaşinqtonda sülh sazişinin imzalanmasına imkan vermədiyini də diqqətə çatdırıb”.
Azərbaycan və Ermənistanın sülh sazişinin mətninin Ağ Evdə paraflanması ilə bölgəmizə dayanıqlı sülh gələcəyini vurğulayıb: “Bu Azərbaycan və Ermənistanla yanaşı bütün bölgə üçün xüsusi əhəmiyyətə malik tarixi hadisədir. Bu xüsusda ölkə başçısının da qeyd etdiyi kimi Azərbaycan-Amerika ikitərəfli münasibətlərinin inkişafı, Azərbaycan-Ermənistan normallaşması işində atılan addımlar, Birgə Bəyannamənin imzalanması və dünyanın ən qüdrətli dövlətinin buna dəstəyi və şahidlik etməsi Bəyannamənin önəmini göstərir. Bu bir reallıqdır ki, haqq-ədaləti müharibə yolu ilə bərpa edən Azərbaycan indi buna siyasi müstəvidə də nöqtə qoydu. Məhz bu istiqamətdə sülh sazişinin paraflanması və Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətlə birinci maneə aradan qaldırılıb. Vaxtilə Azərbaycana qarşı kampaniyada iştirak edən Menendez, Şiff, Pelosi, Şerman, Markey, Kristofer Smit və başqaları məyus oldular. Faktiki olaraq onlar erməni lobbisindən pul alıb Azərbaycana qarşı mütəmadi hücum edirdilər. Eyni zamanda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsi məsələsi ilə bağlı anti-Azərbaycan təbliğatının aparıcı qüvvəsi Bayden administrasiyası idi. Bu təbliğat “Human Rights Watch”, “Freedom House” kimi Azərbaycanı sevməyən QHT-lər, ya da USAID və Azadlıq Radiosu vasitəsilə də aparılırdı. Prezident Tramp USAID-i uğurla aradan qaldıraraq dünyanı bu “fəlakətdən” xilas etdi. İndi isə məhz Zəngəzurdan keçəcək Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Ona ABŞ rəhbərlik edəcək və region ölkələrinin xeyrinə olacaq”.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri