- Türkiyə
- 16 Noyabr 2018 17:33
- 1 950
Türkiyədə partlayış: 1 əsgər şəhid oldu, 4-ü yaralandı

Əsgərlərdən birinin vəziyyəti ağırdır
Şenoba şəhərində keçirilən hərbi təlim zamanı partlayış baş verib.
AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şırnakın Uludərə rayonunda, hərbi bazada təlim məqsədi ilə minaatandan açılan atəş nəticəsində 1 əsgər şəhid olub, 4 əsgər isə yaralanıb.
Helikopterlə xəstəxanaya aparılan əsgərlərdən birinin vəziyyəti ağırdır.
Pərvanə AĞAZADƏ
AzNews.az