"Əsədin əsgərləri gələndə..." "Əsədin əsgərləri gələndə..."

İnterpol axtardığı qadınlardan - Şok izahat

"Əsədin əsgərləri gələndə..."

İnterpol tərəfindən mavi və qırmızı bülletenlə axtarılan və Bursada polis tərəfindən tutulan İŞİD üzvü, Fransa vətəndaşı 3 qadının izahatları aşkarlanıb.

AzNews.az xəbər verir ki, qırmızı və mavi bülletenlə axtarıldıqları məlum olan 3 qadının da olduğu cəmi 12 nəfər saxlanılıb. Polis bölməsindəki işlər bitəndən sonra ədliyyəyə göndərilən 6 qadın həbs olunub.

Suriyada yaşadıqlarını danışan örgüt üzvü 3 qadın İŞİD-in Suriyada həyat yoldaşları ölən qadınlara nəzarət etmək üçün “Dullar vəqfi” qurduğunu etiraf edib.

Qırmızı bülletenlə axtarılan İŞİD üzv H.D.Z. adlı qadın 3 uşağı ilə birgə Bursaya qaçdığını danışan qadın örgütdə qadınlara edilənlərdən bəhs edib:

“İŞİD-in qaydalarına görə 3 uşağı olan qadınlar bir evə yerləşdirilirdi. Mənim pulum var idi. Uşaqlarımla birlikdə qaçmaq istədim. Bir qaçaqçı ilə razılaşdım və aldadıldım. Sonra İŞİD tərəfindən Rakkada “Dullar vəqfi” quruldu. Əsəd əsgərləri gələndə vəqfi Meyadinə köçürdülər. Mən burda qaldım. Bu vəqfin interneti var idi. İnternetdən həyat yoldaşımın qardaşını tapdım. Ondan yaxşı insan qaçaqçısı tapmağını istədim. Tapdı və mən də ona 6 min 400 dollar verdim. Beləliklə, Türkiyəyə qaçdım”.

Pərvanə Ağazadə
AzNews.az