Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb. Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb.

Batan gəmidə olan azərbaycanlılardan xəbər var

Xəbər verdiyimiz kimi, Türkiyənin Samsun şəhərinin sahillərinə yaxın ərazidə, Panama bayrağı altında üzən gəmi batıb.

Gəminin batdığına dair siqnal alınandan dərhal sonra xilasetmə əməliyyatlarına başlanılıb. Məlumata görə, xilasetmə əməliyyatı zamanı gəmidəki 13 nəfərlik heyətdən 7-si sağ qurtarılıb. Son olaraq açıqlanan qeyri-rəsmi məlumatda isə 6 nəfərin meyitinin tapıldığı bildirilib. Ekipaj üzvləri sırasında yer alan vətəndaşlarımız adını dəqiqləşdirmək üçün türkiyəli həmkarlarımızla əlaqə saxladıq.

Onlar Sputnik Azərbaycan-a ekipajda yer alanların adlarını açıqlayıb:

İsmayılov Turqut – Azərbaycan

İbrahimov Məmmədəli – Azərbaycan

Bodnik Ruslan - Ukrayna

Vyazovsky Rostyslav - Ukrayna

Shevçuk Stanislav - Ukrayna

Krepets Dmitro – Ukrayna

Ovdlilenko Volodimitr - Ukrayna

Milniçenko Pavlo - Ukrayna

Herasçenko Oleh - Ukrayna

Ilçenko Yevgeni - Ukrayna

Yatsenko Yevgen - Ukrayna

Skaçko Denys-Ukrayna

Budko Tetiana – Ukrayna

Son əldə etdiyimiz məlumata görə, ölənlərdən biri İsmayılov Turqut adlı azərbaycanlı olub. Lakin digər azərbaycanlı, İbrahimov Məmmədəlinin xəstəxanaya yatırılaraq həyatının xilas edildiyi bildirilir.

© AzNews.az