Ərdoğanı yasa boğan ölüm xəbəri - Dayısı öldü

Ali Mutlu 83 yaşında müalicə olduğu xəstəxanada vəfat edib.

Türkiyə prezidenti və AKP-nin rəhbəri Rəcəb Tayyib Ərdoğanın dayısı Ali Mutlu 83 yaşında müalicə olduğu xəstəxanada vəfat edib.

AzNews.az xəbər verir ki, Ali Mutlu uzun müddətdir ağciyər xəstəliyindən müalicə olunub.

O, gecəyarısı saat 02:30 radələrində Mərmərə Universitenin Pendik Araşdırma Xəstəxanasında, reanimasiya şöbəsində vəfat edib.

5 uşağı olan Ali Mutlu prezidentin son dayısı idi.

Cənazə mərasimi Rizenin Güneysu bölgəsində keçiriləcək və o, çərşənbə günü Ulucami məhəlləsində ailə qəbiristanlığında dəfn ediləcək.

Prezident Ərdoğanın Ali Mutlunun dəfn mərasiminə qatılması gözlənilir.

Pərvanə Ağazadə

AzNews.az

image description