"Atatürk ürəyimizdə yaşayır" səhnəsi filmdən çıxarıldı

"Gərək Ankaradakı nüfuzlu dostlarımıza zəng edək?”.

Türkiyənin Star telekanalında dünən gecə yayımlanan “Kaçma Birader” filmində yer alan səhnədə Anıtkabir və Atatürk replikaları olan hissələr kəsilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2016-cı ilin 4 mart tarixindən yayımlanan “Kaçma Birader” filmi dünən gecə Star TV-də yayımlanıb.

Filmdə Yozgat şəhərindən İstanbula gələn ailənin İstanbul Taksim macəralarından bəhs edən polis bölməsi səhnəsi kəsilib.

Polis bölməsi səhnəsində ailə başçısı uşaqlarının itdiyini polislərə xəbər vermək üçün bölməyə gəlir. Polis rəisi 24 saat keçmədən uşağın itkin olduğunu qəbul edə bilməyəcəklərini deyir.

Emrah Kamanın canlandırdığı obraz “Mən bunu anlamıram, 2-3 saat deyil, 10 gün desək, hardan biləcəksiniz? Gərək Ankaradakı nüfuzlu dostlarımıza zəng edək?” deyir.

Rəisin “Məni təhdid edirsən? Gəl, zəng et” sözlərindən sonra Emrah Kamanın telefon səhnəsi kəsilib.

Həmin səhnədə o, dəstəyi götürərək “Anıtkabirdir? Atatürk ilə danışmaq istəyirdim. Nə, Atatürk ölüb? Xeyr, o ölməyib, ürəyimizdə yaşayır” deyir.

Səhnədə hər hansısa təhqir və söyüşə yer verilmədiyi halda kəsilməsi hər kəsin diqqətini çəkib.

Nigar CƏFƏR

AzNews.az

image description image description