Bəzi yerlərdə evlər tamamilə qarın altında qalıb. Bəzi yerlərdə evlər tamamilə qarın altında qalıb.

48 kəndlə əlaqə kəsildi - FOTOLAR

Bəzi yerlərdə evlər tamamilə qarın altında qalıb.

Türkiyədə yağan güclü qar Bingöl bölgəsində 48 kəndlə əlaqənin tamamilə kəsilməsinə səbəb olub.

“Sabah” qəzeti xəbər verir ki, bölgənin Karlıova rayonunda qarın qalınlığı iki metrə çatıb.

Bəzi yerlərdə evlər tamamilə qarın altında qalıb. Evlərə giriş-çıxışlar çətinləşib. Məktəblər tətilə buraxılıb.

Sakinlərin sözlərinə görə, bölgədə 15 gündən çoxdur ki, güclü qar davam edir.

Bildirilib ki, bəzi yerlərdə güclü külək müşahidə edilir. Sinoptiklər küləyin gücünün saatda 24 kilometrə çatdığını qeyd ediblər.(oxu.az)