Hulusi Akarın hərbi təyyarədən Afinaya mesajı - "Qonşumuz Yunanıstanla..."

İkili əlaqələrimizin daha da yaxşılaşması üçün çalışırıq.

Türkiyənin müdafiə naziri Hulusi Akar və Silahlı Qüvvələrin baş qərargah rəisi, general Yaşar Güler komandirlərlə birgə Mavi Vətən Tətbiqatını hərbi təyyarədən izləyib.

AzNews.az xəbər verir ki, nazir Anadolu Ajansına verdiyi müsahibəsində Yunanıstanla bağlı fikirlərini də söyləyib.

"Qonşumuz Yunanıstanla ikili əlaqələrimizin daha da yaxşılaşması üçün çalışırıq. Təbii ki, Egeydə, Aralıq dənizinin şərqində, Qara dənizdə ölkəmizin, millətimizin haqq və hüquqlarını qorumaq üçün də işlərimizi dayanmadan davam etdiririk". Hulusi Akar belə deyib.

Pərvanə Ağazadə

AzNews.az