Türkiyə XİN rəhbəri Şri-Lankada baş verən teraktları pislədi

Partlayışlar nəticəsində 185 nəfər həlak olub

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Şri-Lankada baş verən terror aktlarını pisləyib.

Bu barədə M.Çavuşoğlu öz "Twitter" səhifəsində yazıb.

XİN rəhbəri bildirib: "Pasxa bayramı zamanı Şri-Lankanın otellərində və kilsələrində günahsız insanlara yönəldilmiş törədilən terror aktlarını qətiyyətlə pisləyirəm".

Qeyd edək ki, Şri-Lankada Pasxa bayramı zamanı Kolombo şəhərində və ölkənin digər yerlərində yerləşən otellərdə və kilsələrdə 6 partlayış törədilib.

Son məlumatlara əsasən, partlayışlar nəticəsində 185 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.

AzNews.az