- Türkiyə
- 16 May 2019 12:54
- 3 169
İstanbulda avtoxuliqan 7 şagirdi maşınla vurdu

Şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar
İstanbulun Büyükçekmece rayonunda dar küçədə avtoxuliqan 7 şagirdi vurub.
Dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən sürücü 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi divara sıxışdıraraq əzib.
Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.
Sürücü saxlanılıb.(ona.az)
AzNews.az