Yanğının başvermə səbəbi araşdırılır Yanğının başvermə səbəbi araşdırılır

Yanan gəmi SOCAR-a məxsus deyil

Yanğının başvermə səbəbi araşdırılır

İyulun 1-i saat 23:20 radələrində Petkim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

“SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ) AZƏRTAC-a bildirilib ki, gəminin bütün əməkdaşları təxliyə edilib, bir nəfər vəfat edib, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib.

Yanğının başvermə səbəbi araşdırılır.(AZƏRTAC)

AzNews.az