İnsident Şırnak əyalətində baş verib İnsident Şırnak əyalətində baş verib

PKK-çılar iki çobanı öldürdü

İnsident Şırnak əyalətində baş verib

Türkiyədə iki çoban PKK terrorçuları tərəfindən öldürülüb.

“Anadolu”ya istinadən xəbər verilir ki, insident Şırnak əyalətində baş verib.

Axşam saatlarında Şırnakın Keçidboyu kəndinin Herbuş yaylağında heyvanlarını otaran Abdulhakim Demir və Vali Çevik adlı çobanlar terrorçular tərəfindən qaçırılıb. Daha sonra həmin iki çobanın odlu silahla qətlə yetirilmiş meyitləri aşkar olunub.

Terrorçuların ələ keçirilməsi istiqamətində bölgədə əməliyyata başlanılıb. (APA)