- Türkiyə
- 16 Avqust 2019 13:03
- 3 578
Türkiyədə azərbaycanlı gəncin meyiti tapıldı

Rövşən Nəcəfovun meyiti sudan çıxarılıb
Azərbaycanlı gəncin Türkiyənin İzmir şəhərində dənizdə meyiti tapılıb.
Türkiyə dəniz polisi tərəfindən 29 yaşlı Rövşən Nəcəfovun meyiti sudan çıxarılaraq İzmir Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Qeyd edək ki, R.Nəcəfovun meyiti Niyazi Öşme adlı balıqçı tərəfindən tapılıb. (Unikal.org)