PKK-ya daha bir şok - Çağırışlara cavab verilmədi

Murat Karayilan veb saytı vasitəsilə çağırış etdi

Separatçı terror təşkilatı PKK-nın "icra komitəsi"nin üzvü, "Cemal" kod adlı Murat Karayilan Diyarbəkir, Van və Mardində təşkilatın əlaqəli veb saytından küçə çağırışı etdi. Karayılanın çağırışı bölgə xalqı tərəfindən nəzərə alınmadı.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı Anadolu Ajansı yayıb.

AA müxbirinin verdiyi məlumata görə, terror təşkilatı PKK Diyarbəkir, Mardin və Van böyük şəhər bələdiyyə başçılarının Daxili İşlər Nazirliyi tərəfindən vəzifədən çıxarılmasından sonra hərəkətə keçdi.

Terror təşkilatının icra komitəsinin üzvü Murat Karayilan veb saytı vasitəsilə ilə bölgə xalqının küçələrə axışması ilə bağlı etdiyi elanla işdən uzaqlaşdırılan bələdiyyə başçılarına dəstək durdu.

Elanda deyilir ki, küçə hərəkətləri təkcə bu üç vilayətlə məhdudlaşmayacaq, bütün əyalətlərə yayılacaq. Bu tələblə çıxış edən Karayilan müqavimət göstərən bütün kəsimlərə dirəniş göstərilməsinin vacibliyini vurğulayıb.

Terror təşkilatının lideri Karayılanın yanında təşkilatın digər "idarəçiləri" də insanları küçəyə dəvət etmək üçün çağırışlar etdi, ancaq bu çağırışlarına cavab verilmədi.

Qeyd edək ki, Diyarbəkir bələdiyyə başçısıı Adnan Selçuk Mızraklı, Mardin bələdiyyə başçısı Ahmet Türk və Van bələdiyyə başçısı Bedia Özgökçe Ertan 19 avqust bazar ertəsi günü Daxili İşlər Nazirliyi tərəfindən terror təşkilatı ilə əlaqəli olduqları üçün vəzifədən alınıb.

Qərardan sonra bu vəzifə Diyarbəkirdə vali Həsən Bəsri Güzeloğluna, Mardində vali Mustafa Yamana, Vanda vali Mehmet Emin Bilmezə tapşırılıb.

Nəzrin Əlizadə

AzNews.az