"Istənilən əvəzi ödəməyi gözə almış bir millətik" "Istənilən əvəzi ödəməyi gözə almış bir millətik"

"Ölümdən qorxmayan millət..." - Ərdoğan Qərbə meydan oxudu

"Istənilən əvəzi ödəməyi gözə almış bir millətik"

"Ölkədəki, bölgədəki və dünyadakı yeniliklərə dair nə düşünürüksə, nəyə inanılırsa və nə edilmək istənilirsə, hamısını bütün dövlətlərin təmsilçiləri qarşısında açıq şəkildə ifadə edəcəyik".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərindən öncə verdiyi açıqlamasında deyib.

“Türkiyənin bu böyük meydan oxumasının əlbəttə ki, bir əvəzi vardır. Ancaq biz bu torpaqlarda yaşamağa qərar verməklə onsuzda istənilən əvəzi ödəməyi gözə almış bir millətik. Dolayısı ilə bizə gizli, açıq təhdidlərlə əvəz ödətməyi düşünənlər, bunun hesabını edənlər, mənasız bir işlə məşğul olduqlarını bilməlidilər. Keçmişdəkilər nə deyirdi? “Ölümdən o tərəfə kəndmi var?" Bu millət ən ağır əvəz olan ölümdən belə qorxmadığını 15 iyulda göstərmişdir”, - Ərdoğan bildirib. (axar)

AzNews.az