O, Özbəkistanın Türk Şurasına daxil olması barədə qərarın təşkilat üzvləri üçün əhəmiyyətli olduğunu deyib O, Özbəkistanın Türk Şurasına daxil olması barədə qərarın təşkilat üzvləri üçün əhəmiyyətli olduğunu deyib

Türk Şurası region üçün vacib birlikdir

O, Özbəkistanın Türk Şurasına daxil olması barədə qərarın təşkilat üzvləri üçün əhəmiyyətli olduğunu deyib

Türk Şurası türkdilli ölkələr arasında münasibətləri daha da möhkəmləndirir.

Bunu Türkiyə parlamentinin (TBMM) spikeri Mustafa Şentop Astanada Türk Şurasına həsr olunmuş konfrans zamanı deyib.

Spiker bildirib ki, Türk Şurası region üçün vacib birlikdir.

O, həmçinin, Özbəkistanın Türk Şurasına daxil olması barədə qərarın təşkilat üzvləri üçün əhəmiyyətli olduğunu deyib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanın Türk Şurasına üzv olduğunu, yaxın zamanlarda Türkmənistanın da quruma daxil olacağını bildirmişdi. (Trend)