Kürd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib Kürd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

Türkiyə ilk hərbçilərini Suriya ilə sərhəddən keçirdi – Əməliyyatlar istənilən an başlaya bilər

Kürd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib

Türkiyə Suriyanın şimalında genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq çərçivəsində qoşunlarının bir hissəsini sərhəddən keçirib.

AzNews.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Türkiyədən olan mənbəyinə istinadən məlumat verib.

Onun sözlərinə görə, oktyabrın 9-da səhər tezdən ordunun kiçik qabaqcıl qrupu Hasek əyalətinin Ras-əl-Ayn və Rakka əyalətinin Tel-Abyad sərhəd şəhərlərinə doğru irəliləyib.

“Bloomberg” qeyd edir ki, bununla yanaşı kürd qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Eyni zamanda, türk məmurun “Reuters”ə verdiyi məlumata əsasən, terrorçulara qarşı əməliyyat başlanmayıb. “Ankara hələ də ona hazırlıq işləri aparır, hərçənd qüvvələrin yerləşdirilməsi başa çatıb”, - deyə o əlavə edib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bildirib ki, Suriyanın şimalında əməliyyatın başlanacağı barədə bütün aidiyyəti ölkələr ayrıca məlumatlandırılacaqlar. Məlumatlar Dəməşqə də göndəriləcək. Onun sözlərinə görə, bu, tezliklə baş verəcək.

AzNews.az