Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb

Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb - Erkan Özoral

Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb

“Türkiyə 3 milyon 650 mindən çox suriyalıya qucaq açıb. Biz onlara qardaşlığımızı göstərmişik”.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O bildirib ki, Türkiyə bu günə kimi suriyalı qaçqınlar üçün 40 milyard ABŞ dolları məbləğində vəsait xərcləyib: “Avropa İttifaqı söz verdiyi 6 milyard avrodan yalnız 3 milyardını verib”.

E. Özoral qeyd edib ki, Türkiyə terrorla mübarizədə heç bir ölkədən kömək almayıb: “Əksinə, bəzi ölkələr mübarizə apardığımız terror təşkilatlarını silah-sursatlarla təmin edərək yardım göstərib”. (APA)

AzNews.az