- Qərb
- 8 Yanvar 17:51
- 1 972
Belçika: Qrenlandiya ilə bağlı mübahisələr məntiqsizdir
Qrenlandiyanın taleyi ilə bağlı Avropa və ABŞ arasında açıq müstəvidə baş verən qarşılıqlı ittihamlar və söz atışmaları məntiqsizdir.
Belçikanın müdafiə naziri Teo Franken bu barədə bildirib.
“Qrenlandiya ətrafında primitiv ‘söz davası’ yaratmaq ağılsızlıqdır. Ölkə strateji əhəmiyyətə malikdir, lakin Danimarka onilliklərdir real bağlılıq nümayiş etdirən, ABŞ-yönlü etibarlı müttəfiqdir”, – deyə Franken X sosial şəbəkəsində (keçmiş Twitter) paylaşımında yazıb.
Nazir əlavə edib ki, Qrenlandiya ətrafında yaranmış mübahisə yaxın zamanda və “ictimai qalmaqalsız” şəkildə həll olunmalıdır.
Mövsüm,
AzNews.az