- Türkiyə
- 2 Noyabr 2019 03:28
- 2 937
Türkiyədə təhlükəli terrorçu zərərsizləşdirilib

Zərərsizləşdirilən Muhacir Duman adlı terrorçunun kod adı "Karker" olub
Türkiyənin təhlükəsizlik qüvvələri anti-terror əməliyyatı zamanı təhlükəli PKK terrorçusunu zərərsizləşdiriblər.
Türkiyə KİV-nin verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.
Məlumata əsasən, zərərsizləşdirilən Muhacir Duman adlı terrorçunun kod adı "Karker" olub və onun təhlükəli terrorçular siyahısında yer alırmış.
Bildirilir ki, M.Dumanın zərərsizləşdirilməsi üzrə əməliyyatda daha bir terrorçu məhv edilib. (Trend)
AzNews.az