İnsandan insana keçdiyi təsdiqlənən virus bu vaxta qədər 17 insanın ölümünə səbəb olub İnsandan insana keçdiyi təsdiqlənən virus bu vaxta qədər 17 insanın ölümünə səbəb olub

Türkiyə Uhan-İstanbul səfərlərini dayandırıb

İnsandan insana keçdiyi təsdiqlənən virus bu vaxta qədər 17 insanın ölümünə səbəb olub

Türkiyə yayılan virus səbəbi ilə Uhan-İstanbul səfərlərini dayandırıb.

AzNews.az xəbər verir ki, Səhiyyə Nazirliyi bununla bağlı açıqlama yayıb.

Məlumatda bildirilir ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən açıqlama verilməsə də nazirlik Çindən gələn sərnişinlərin təyyarədən enəndə termal kameralarla yoxlanılması barədə qərar qəbul edib.

“Hava limanlarında karantin otaqlarımız hazırdır, tibb işçilərimiz isə 7/24 dayanmadan işləyir”, - açıqlamada deyilir.

Xatırladaq ki, ilk dəfə dekabr ayında Çinin Uhan şəhərində peyda olan və “2019-nCoV” adı verilən virusun hələlik heç bir peyvəndi və ya dərmanı yoxdur.

İnsandan insana keçdiyi təsdiqlənən virus bu vaxta qədər 17 insanın ölümünə səbəb olub.

Pərvanə