- Türkiyə
- 4 May 2020 09:43
- 2 805
Türkiyədə 11 martdan sonra ilk yaşandı
Ötən gün ölkədə 24 000 test aparılıb
Türkiyədə koronavirusla mübarizədə 11 mart tarixindən sonra ilk yaşanıb.
AzNews.az-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter mikrobloqunda məlumat verib.
Nazirin sözlərinə görə, ötən gün ölkədə 24 000 test aparılıb, 1670 yeni koronavirusa yoluxma faktı aşkarlanıb.
“Mayın 3-də 61 nəfər COVID-19-a yoluxma nəticəsində vəfat edib. 4 892 nəfər sağalaraq evə buraxılıb.
İndiyədək ümumilikdə 1 135 367 test aparılıb. Virusa yoluxanlar 126 45 nəfər təşkil edir. Bu günə qədər 3 397 nəfər isə xəstəliyin qurbanı olub.
Reanimasiyada olan xəstə sayı 1424, intubasiya olunmuş xəstələrin sayı 766, sağalan xəstələrin sayı isə 63 151-dir.
Beləliklə, 11 martdan etibarən ilk dəfə mayın 3-də sağalan xəstələrin sayı mövcud koronaviruslu xəstələrin sayını ötüb. Tədbirlərə riayət etdikcə nəticə daha yaxşı olacaq”, - deyə F. Qoca qeyd edib.