- Türkiyə
- 11 İyun 2020 23:11
- 3 680
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlandı
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib
Türkiyədə son sutka ərzində koronavirusdan 17 nəfər dünyasını dəyişib, 987 nəfərdə virus aşkarlanıb. AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.
Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4 763, yoluxma faktı 174 min 023 nəfər olub. Gün ərzində 1 021 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 147 min 860-a çatıb.
Son 24 saatda 49 min 190 test edilib.