Azərbaycan beynəlxalq hüquqa əməl edir Azərbaycan beynəlxalq hüquqa əməl edir

Türkiyə PA: Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir

Azərbaycan beynəlxalq hüquqa əməl edir

Hələ ki gec deyil, Ermənistan Azərbaycanın bütün tələblərini qəbul etməlidir.

Bunu Türkiyə Prezident Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, Azərbaycanın bütün tələblərinin qəbul olunması ilk növbədə erməni xalqının xeyrinədir: “Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etməklə beynəlxalq hüquqa əməl edir”.

Administrasiyadan bildiriblər ki, Ermənistan rəhbərliyi cəzasızlıq və dünya ictimaiyyətinin susqunluğuna arxalanaraq öz xalqını məhv edir: “Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, dinc sakinlərlə döyüşmür. Amma Ermənistan qoşunları Azərbaycanın dinc əhalisini artilleriya atəşinə tutur ki, bu da hərbi cinayətdir”.

O da qeyd olunub ki, Türkiyə dünya ictimaiyyətini öz ərazisində azadlıq mübarizəsi aparan Azərbaycana qarşı ikili standartların tətbiqini dayandırmağa çağırır. (Trend)

AzNews.az