Hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır Hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır

Türkiyədə “Evdə qal” rejimi başladı

Hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərə uyğun olaraq növbəti 56 saatlıq “Evdə qal!” rejimini başlayıb.

AzNews.az xəbər verir ki, yanvarın 15-də Ankara vaxtı ilə saat 21:00-da qüvvəyə minən bu rejim yanvarın 18-də saat 5:00-dək davam edəcək.

Qeyd edək ki, hazırda Türkiyədə “Evdə qal!” rejimini iki mərhələdə aparılır. Həftənin ilk beş günü saat 21:00-dan başlanan rejim ertəsi gün 5:00-da başa çatır. Cümə günləri eyni saatda tətbiq olunan məhdudiyyət isə 56 saat qüvvədə olur.

Yanvarın 13-dən infeksiyaya qarşı “Sinovac” vaksini ilə peyvəndləməyə start verilməsi ictimaiyyətdə COVID-19 virusu ilə mübarizənin səmərəli olacağına böyük ümidlər yaradıb.