Ərdoğanla Putin “Sputnik V” vaksininin birgə istehsalı imkanlarını müzakirə edib

Bildirilib ki, prioritet məsələlərdən biri xarici turistlərin təhlükəsizliyinin təmin olunmasıdır

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün baş tutmuş telefon danışığında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məsələlərini detallı müzakirə ediblər.

AzNews.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, liderlər bu sahədə qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, o cümlədən bu kontekstdə Rusiyanın “Sputnik V” vaksininin çatdırılması və birgə istehsalı imkanları baxımından addımlar atmağa hazır olduqlarını bildiriblər.

Ərdoğan Türkiyədə epidemiya əleyhinə görülən tədbirlər barədə məlumat verib. Bildirilib ki, prioritet məsələlərdən biri xarici turistlərin təhlükəsizliyinin təmin olunmasıdır.

Qərara alınıb ki, o cümlədən Rusiya vətəndaşlarının sağlamlığının qorunması baxımından müvafiq strukturların xətti ilə sıx təmaslar aparılsın. (Apa)

AzNews.az