Bu barədə Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib Bu barədə Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib

Türkiyədə meşə yanğınları PUA-larla izlənəcək

Bu barədə Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib

Türkiyə ərazisində yanğına həssas olan meşəliklər pilotsuz uçuş aparatları (PUA) vasitəsilə izləniləcək.

AzNews.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli məlumat verib.

Nazirin sözlərinə görə, bu məqsədlə fəaliyyətə 4 PUA cəlb olunacaq. Türkiyə ilə bərabər Şimali Kipr meşələri də nəzarətdə saxlanılacaq. Ötən il PUA-ların fəaliyyəti sayəsində 234 meşə yanğını təsbit edilib.