Türkiyə Prezidenti Tacikistanla Qırğızıstan arasında yaşanan münaqişədə baş verən itkilərdən təəssüfləndiyini bildirib Türkiyə Prezidenti Tacikistanla Qırğızıstan arasında yaşanan münaqişədə baş verən itkilərdən təəssüfləndiyini bildirib

“Qırğızıstan vəTacikistan münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə inanıram” - ƏRDOĞAN

Türkiyə Prezidenti Tacikistanla Qırğızıstan arasında yaşanan münaqişədə baş verən itkilərdən təəssüfləndiyini bildirib

“Yeni sistemin yaratdığı imkanlarla Qırğızıstanın hədəflərinə çatacağına inanıram. Türkiyə bu istiqamətdə Qırğızıstana hər cür dəstəyi verəcək”.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə rəsmi heyətlə səfər edən Qırğızıstan Prezidenti Sadır Caparovla ikitərəfli və heyətlərarası görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Tacikistanla Qırğızıstan arasında yaşanan münaqişədə baş verən itkilərdən təəssüfləndiyini bildirən R.T.Ərdoğan deyib ki, iki qonşu qardaş ölkə arasında problemin sülh yolu ilə həll ediləcəyinə inanır.

Prezident Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası toplantısında iki ölkə arasında yol xəritəsinin müəyyənləşdirildiyini bildirib: “Verdiyimiz qərarlar və imzalanan sazişlər strateji əməkdaşlığımızın bazasını gücləndirəcək”, deyə R.T.Ərdoğan vurğulayıb.