- Türkiyə
- 9 Avqust 2021 15:28
- 6 509
Qadın 67 yaşlı kişini küçədə döydü – VİDEO
O, qadının cəzalandırılmalı olduğunu deyib
Türkiyədə 67 yaşlı Mehmet Emin Seçgin küçədə qadın tərəfindən döyülüb.
AzNews.az xəbər verir ki, hadisə Denizli vilayətində baş verib.
Buna səbəb əlil arabası ilə gedərkən səkidə elektrikli velosiped sürən qadına xəbərdarlıq etməsi olub.
42 yaşlı qadının yaşlı kişini döyərək yerə yıxması anbaan kameralar tərəfindən qeydə alınıb.
Hadisədən çox pis olduğunu deyən Mehmet Emin Seçgin xərçəng xəstəsi olduğunu, günlərdir evdən çıxmadığını söyləyib.
O, qadının cəzalandırılmalı olduğunu deyib.
Şəbnəm Zahir