- Türkiyə
- 24 Aprel 2022 16:13
- 40 950
Ərdoğan: Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər
Türkiyə Prezidenti bunu Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib
Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verə bilər.
Aznews.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu bu gün ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı bildirib.
R. T. Ərdoğan deyib ki, Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə prinspial olaraq müsbət yanaşır.