- Türkiyə
- 15 May 2022 21:03
- 9 858
Əlcəzair Prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib

Səfər mayın 17-dək davam edəcək
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edib.
Bu barədə Aznews.az “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, səfər mayın 17-dək davam edəcək. Səfər çərçivəsində sabah Ankarada Ərdoğan və Tebbunun sədrliyi ilə Türkiyə-Əlcəzair Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk iclası keçiriləcək.
Türkiyənin Vitse-prezidenti Fuat Oktay və Tebbun çərşənbə axşamı İstanbulda keçiriləcək Türkiyə-Əlcəzair İş və İnvestisiya Forumuna sədrlik edəcəklər.