Görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib Görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib

Çavuşoğlu Nyu-Yorkda Blinkenlə görüşüb

Görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Aznews.az “Anadolu”ya istinadən xəbər verir ki, “Lotte Palace” otelində keçirilən görüşdə regional və beynəlxalq gündəm ətrafında fikir mübadiləsi aparılıb.

E.Blinken Türkiyəni ABŞ-ın NATO-dakı müttəfiqi adlandıraraq, iki ölkənin bir çox çətin məsələləri həll etmək üçün səy göstərdiyini söyləyib.

Dövlət katibi “taxıl sazişinin” əhəmiyyətini vurğulayaraq, bu razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə rəsmi Ankaraya təşəkkürünü bildirib.

Görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib.

Türkiyə XİN rəhbəri amerikalı həmkarı ilə danışıqlardan əvvəl bildirmişdi ki, o, Entoni Blinken ilə Rusiya və Ukrayna arasında müharibəni, Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi, həmçinin Suriyadakı vəziyyəti müzakirə etməyi planlaşdırır.