Oktyabrın 6-da Praqada Avropa İttifaqı liderlərinin görüşü keçiriləcək Oktyabrın 6-da Praqada Avropa İttifaqı liderlərinin görüşü keçiriləcək

Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər açıqlanıb

Oktyabrın 6-da Praqada Avropa İttifaqı liderlərinin görüşü keçiriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla Çexiyanın paytaxtı Praqada keçirəcəyi görüşdə Zəngəzur dəhlizinin açılmasını müzakirə edəcək.

Bunu “Sabah” qəzeti yazıb.

Məlumata görə, görüşdə Ankara-İrəvan münasibətlərinin normallaşdırılması, o cümlədən xüsusi nümayəndələrin görüşlərinin üçüncü ölkələrdə yox, Türkiyə və Ermənistanda keçirilməsi müzakirə ediləcək.

Nəşr yazıb ki, R.T.Ərdoğan N.Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq.

Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa İttifaqı liderlərinin görüşü keçiriləcək. N.Paşinyanın da həmin tədbirdə iştirak edəcəyi və R.T.Ərdoğanla görüşəcəyi gözlənilir. Bu, N.Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən sonra Türkiyə Prezidenti ilə ilk görüşü olacaq.

Xatırladaq ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci və üçüncü görüş isə fevralın 22-də və mayın 3-də Avstriyanın paytaxtı Vyanada baş tutub. (report)