- Türkiyə
- 26 Yanvar 17:50
- 1 860
İYİ Partiyasından Cihan Paçacı istefa verib

İYİ Partiyasının sədr müavini Cihan Paçacı CHP lideri Kamal Kılıçdaroğlu ilə bağlı dediyi sözlərdən sonra İYİ Partiyadakı vəzifəsindən istefa verib. Paçacı 6-lı Masa toplantısı zamanı İYİ Partiya binasını tərk edib.
Aznews.az xəbər verir ki, bu barədə Cihan Paçacı özü məlumat yayıb.
"Ölkəmizin və millətimizin ümidi olan 6-lı Masanın prezidentliyə namizədlik prosesi ilə bağlı jurnalistə verdiyim müsahibənin məqsədi aşan rəylərə səbəb olduğunu görürəm. Demokratiyamıza nəfəs aldıracaq bir zamanda böyük əmək verən, möhtərəm sədrimizi və partiyamızı, eləcə də 6-lı masanı təşkil edən hörmətli Sədrlərin iradəsini qorumaq və gözətmək üçün İYİ Partiyada Korporativ Əlaqələr rəhbəri vəzifəsindən istefa verirəm", - deyə Cihan Paçacı qeyd edib.
Mövsüm