Türkiyənin daxili işlər naziri Azərbaycana təşəkkür edib

Türkiyənin daxili işlər naziri Süleyman Soylu Azərbaycana təşəkkür edib.

O, bu barədə APA-nın Türkiyədə zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşının sualına cavabında deyib.

Nazir bildirib ki, Türkiyədə baş vermiş hər bir təbii fəlakətdən sonra qardaş Azərbaycan qardaş Türkiyəyə yardım göstərib.

Süleyman Soylu meşə yanğınları zamanı da Azərbaycanın göstərdiyi yardımın əhəmiyyətini vurğulayıb.