Hakan Fidan Lavrovla regional məsələləri müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı regional məsələlər və Qara dənizdə naviqasiya təhlükəsizliyi müzakirə olunub.