İstanbulda otelə silahlı hücum olub

İstanbulun Küçükçekmece rayonunda naməlum şəxslər otelə silahlı basqın ediblər.

Naməlum şəxslər yerli vaxtla saat 00:30 radələrində uzun lüləli silahlardan dörd mərtəbəli otel binasına yaxınlaşaraq atəş açıblar. Bir neçə güllə yoldan keçən avtobusa dəyib.

Hücum edənlər qaça biliblər. Onların məqsədləri və motivləri məlum deyil.

Mövsüm

Aznews.az

Güllələr otel binasına dəysə də, xəsarət alan olmayıb. Zəngə gələn polis dərhal hadisə yerində təhlükəsizlik səviyyəsini artırıb və şübhəliləri axtarışa verib.