- Türkiyə
- 9 Oktyabr 2025 20:29
- 8 644
Serbiya lideri Vuçiç: Türkiyəni təhdid etmək üçün çox kiçikik
Kosovaya Baykar istehsalı “Skydagger” kamikadze dronlarının təhvil verilməsindən sonra Türkiyəni “Osmanlını diriltmək arzusu”nda ittiham edən Serbiya Prezidenti Aleksandar Vuçiç açıqlamasını yumşaldıb.
Təcili mətbuat konfransında danışan Vuçiç sözlərinin “yanlış anlaşıldığını” bildirib. O, Kosova Prezidenti Vjosa Osmaninin onu “Türkiyəni təhdid etməkdə” ittiham etməsinə cavab verərək deyib:
“Biz Türkiyəni təhdid edəcək qədər böyük deyilik. Türkiyə NATO-nun ikinci ən böyük gücüdür. Mən sadəcə Türkiyənin böyük güc olduğunu və bizə verilən mesajı anladığımızı demişdim. Lakin kiçik olmağımıza baxmayaraq, xalqımızın azadlığını və yaşamaq haqqını qorumaq bizim vəzifəmizdir.”
Vuçiç, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğanı tərifləyərək belə deyib:
“Dünən bəlkə də çox sərt reaksiya verdim. Ərdoğana həmişə yaxşı ev sahibliyi edəcəyəm. O, hər zaman ölkəmizə xoş gəlib. Ərdoğan Ankaranı külündən yenidən inşa edən, İstanbulun simasını dəyişən, Mustafa Kamal Atatürkdən sonra ən böyük türk lideridir. Böyük bir ölkənin böyük lideridir. Türkiyənin bu regionun sabitliyi üçün oynadığı rol çox vacibdir.”
Mövsüm,
AzNews.az