Kalın: Türkiyə Ukrayna ilə bağlı danışıqları bərpa etməyə hazırdır

Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın bildirib ki, Türkiyə Ukraynada nizamlamada vasitəçilik etməyə və yenidən danışıqlara ev sahibliyi etməyə hazırdır .

"Bildiyiniz kimi, İstanbulda son üç ay ərzində üç görüş keçirilib. Uzun fasilədən sonra Rusiya və Ukrayna nümayəndə heyətlərinə ilk dəfə olaraq birbaşa danışıqlar aparmaq imkanı verilib. Türkiyə bu danışıqlara ev sahibliyi etməyə və vasitəçilik etməyə davam etməyə hazırdır", - DHA xəbər agentliyi onun sözlərini sitat gətirib.

Mövsüm,

AzNews.az