İngiltərə Türkiyəyə dəyəri 10 milyard dollardan çox olan 20 Eurofighter qırıcısı tədarük edəcək

Böyük Britaniya və Türkiyə 20 Eurofighter Typhoon döyüş təyyarəsinin tədarükü üçün 20 il ərzində dəyəri 10 milyard dollardan çox olan ən böyük qırıcı təyyarə ixracı müqaviləsini imzalayıb.

Bu barədə Böyük Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb .

Müqavilə Böyük Britaniyanın baş nazirinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qonaq olduğu Ankaraya səfəri zamanı imzalanıb. Qırıcı təyyarələrin tədarükü 2030-cu ildə başlayacaq.

Mətbuat xidməti Britaniyanın baş naziri Keir Starmerdən sitat gətirib: "Türkiyə ilə bu əlamətdar saziş Britaniya işçiləri üçün, müdafiə sənayemiz üçün və NATO təhlükəsizliyi üçün qələbədir".

Mövsüm,

AzNews.az