- Türkiyə
- 18:55
- 2 044
Türkiyədə CHP-yə qadağa qoyulması tələb edilib
İstanbul Respublika Prokurorluğu Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasına (CHP) qadağa qoyulmasını tələb edib.
Bu barədə SZC TV məlumat yayıb .
Müəyyən edilib ki, CHP ölkə və yerli səviyyədə keçirilən seçkilərə onların etibarına, seçicilərin iradəsinə və demokratik nizama təsir etmək məqsədilə sistemli və davamlı şəkildə müdaxilə edib.
Prokurorluğun məlumatına görə, “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq, müraciət lazımi tədbirlərin görülməsi üçün Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğuna göndərilib.
Bu tələbin noyabrın 11-də İstanbul prokurorunun həbsdə olan şəhərin keçmiş bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı ittiham aktını elan etməsindən sonra gəldiyi bildirilir.
Mövsüm,
AzNews.az